"Xəzər Lənkəran" sərbəst buraxıldı

14:00 - 14 Dekabr 2015

1 günlük istirahət

 

Dünən paytaxt səfərində AZAL-a minimal hesabla məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb.

 

Sportal.az xəbər verir ki, komanda bu gün istirahət edəcək. Sabah, dekabrın 15-də doğma şəhərdə yenidən bir araya gələcək komanda iki gün ərzində Lənkərandakı öz bazasında məşq edəcək.

 

Dekabrın 17-də isə “Xəzər Lənkəran” Premyer Liqanın XVII turu çəçivəsində “Fırtınalar meydanın”da “Kəpəz”i qəbul edəcək. (12cioyuncu.info)

Xəbər xətti