UEFA "Fənərbaxça"nın oyununun vaxtını dəyişdirdi

17:58 - 14 Dekabr 2015

Fevralın 16-na təyin

 

UEFA Avropa Liqasının 1/16 final mərhələsində üz-üzə gələcək Türkiyənin "Fənərbağça" və Rusiyanın "Lokomotiv" komandalararasında keçiriləcəkilk oyununvaxtını dəyişdirib.

 

Sportal.az xəbər verir ki, İstanbulda keçiriləcək ilk qarşılaşma fevralın 16-na təyin olunub. Buna səbəb fevralın 18-də "Qalatasaray"ın da İstanbulda İtaliyanın "Latsio" klubu  ilə qarşılaşmasıdır.

 

Bundan başqa, UEFA-nın mətbuat xidmətindən bildirilib ki, son günlər Rusiya və Türkiyə arasında yaşanan gərgin münasibət səbəbindən cütlüyün oyunu təxirə salınmayacaq və hər bir komanda ev oyununu öz şəhərində keçirəcək.

 

Qeyd edək ki, cavab görüşü fevralın 25-də Rusiyanın Moskva şəhərində baş tutacaq.

Xəbər xətti