İyunda uzunmüddətli təlim-məşq toplanışı
Azərbaycan yığması 2016-cı ilin iyun ayında üç yoxlama oyunu keçirə bilər.
Bu barədə Sportal.az-a açıqlamasında millimizin baş məşqçisi Robert Prosineçki məlumat verib:
"Mart ayında təlim-məşq toplanışımız olacaq və bu zaman 1 yoxlama oyunu nəzərdə tutulub. Lakin iyun ayına uzunmüddətli toplanış planlaşdırmışıq. İyundakı toplanış zamanı 3 yoxlama oyunu keçirmək fikrimizdə var. Bəzi komandalarla danışıqlar aparılır, ona görə rəqibin kimliyi haqda konkret nəsə deyə bilmərəm",
saytlarin hazirlanmasi