"Beşiktaş"dan "Qalatasaray"a növbəti zərbə

03:17 - 15 Dekabr 2015

Forvard sıradan çıxdı
 
Türkiyə superliqasının 15-ci turunda "Beşiktaş"la qarşılaşan "Qalatasaray" ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, komandanın hücumçusu Burak Yılmaz zədələnərək sıradan çıxıb. Əzələsini dartan Yılmaz oyunu davam etdirə bilməyib. Matçın 37-ci dəqiqəsində əvəzlənən 30 yaşlı futbolçunun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.

 

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" oyunu 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Xəbər xətti