Millimiz dünya reytinqində 2 pillə irəlilədi

11:52 - 15 Dekabr 2015

1388 xalla...

 

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, dünya çempionatında seçmə mərhələnin Xorvatiyada keçirilən qarşılaşmalarında İsveçi 8:2, Belarusu 7:2 məğlub edib, meydan sahibləri ilə heç-heçə edən (4:4) komandamız dünya reytinqində 2 pillə irəliləyərək 11-ci yerə yüksəlib. Yığmamızın hesabında 1388 reytinq xalı var.

 

Qeyd edək ki, ümumilikdə 154 komandanın yer aldığı siyahıya İspaniya başçılıq edir.

Xəbər xətti