"Fənərbaxça" bu xəbərlə sarsıldı

14:24 - 15 Dekabr 2015

3 həftə oynamayacaq

 

"Fənərbaxça"da ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, komandanın əsas heyət oyunçularından olan Alper Potuk ciddi zədə alıb. Onun 3 həftə "Fənərbaxça"ya kömək edə bilməyəcəyi dəqiqdir.

 

Qeyd edək ki, Potuk Türkiyə Superliqasının XV turunda keçirilən "Fənərbaxça" - "Başakşəhər" (1:0) matçında xəsarət alıb. 

Xəbər xətti