Millimiz Sloveniya və Latviya ilə eyni qrupda

01:00 - 16 Dekabr 2015

Rəqiblər məlum oldu
 
Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi turnirin növbəti yarışının püşkü atılıb.
 
Sportal.az xəbər verir ki, 1998-ci il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan turnirdə Azərbaycan yığması da mübarizə aparacaq. Püşk Azərbaycan yığmasını C qrupunda Sloveniya, Latviya və Bolqarıstana rəqib edib.
 
A qrupunda yerli Sankt-Peterburq, Belarus, Slovakiya, Yaponiya və Litva, B qrupunda isə Finlandiya, Rusiya, Estoniya, Qazaxıstan və Moldova yarışacaq.
 
Qeyd edək ki, bu turnir gələn il yanvarın 2-dən 13-dək Sankt-Peterburqda keçiriləcək.

Xəbər xətti