"Fənərbaxça"nı cəza gözləyir

13:16 - 16 Dekabr 2015

"Seltik"lə oyuna görə

 

UEFA İntizam Komitəsi Türkiyənin "Fənərbaxça" klubunu cəzalandıracaq.

 

Sportal.az xəbər verir ki, buna səbəb Avropa Liqasının qrup mərhələsinin son turunda "Seltik"lə İstanbulda baş tutan oyunda təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə təşkil edilməməsi olub.

 

Həmçinin Şotlandiya təmsilçisinin də azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün cəzalandırılacağı gözlənilir. 

 

Qeyd edək ki, "Fənərbaxça" - "Seltik" oyunu 1:1 hesabı ilə başa çatıb.

Xəbər xətti