Samuel Eto sabiq "Xəzər Lənkəran"lını "ən yaxşı" adlandırdı

17:01 - 16 Dekabr 2015

"Fikrimcə, Mbilla Super Liqanın ən güclü hücumçusudu"
 
Türkiyə Super Liqasında mübarizə aparan "Antalyaspor" klubunun kamerunlu hücumçusu Samuel Eto yerli mətbuata "Giresunspor"la baş tutan matçdan sonra açıqlama verib.
 
Sportal.az xəbər verir ki, baş məşqçinin istefasından sonra müvəqqəti olaraq komandanı Mehmet Uğurlu ilə birgə çalışdıran Samuel Eto komanda yoldaşlarından razı qaldığını bildirib:
 
"Antalyaspor"a faydalı olmağa çalışıram. Gələcəkdə nələrin baş verəcəyini deyə bilmərik. Komandanı oyuna hazırlamaqla təcrübə toplayıram. Futbolçulara layiqli mübarizə apararaq qalib gəldikləri üçün təşəkkür edirəm"
 
Təcrübəli hücumçu "Super Liqada ən güclü hücumçu kimi hesab edirsiniz?" sualına belə cavab verib:
 
"Bir neçə hücumçu var ki, yaxşı oyun nümayiş etdirirlər. Lakin mənim fikrimcə, ən güclü hücumçu Etame Mbilladı".
 
Qeyd edək ki, Etame Mbilla 2013-2014-cü illərdə "Xəzər Lənkəran"da çıxış edib və hazırda "Antalyaspor"un şərəfini qoruyur.

Xəbər xətti