Adil Şükürov: "Yeni futbolçu barədə düşünmürük"

21:15 - 16 Dekabr 2015

"Biz çempionatın lider komandalarından birinə qarşı oynadıq"
 
 
Azərbaycan Premyer Liqasının 17-ci turunda "Zirə" doğma meydanında "Qəbələ"ni 1 - 0 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, matçdan sonra "Zirə"nin çalışdırıcısı Adil Şükürov qələbəni belə şərh edib:
 
“Biz çempionatın lider komandalarından birinə qarşı oynadıq. “Qəbələ” yarışın güclü iştirakçısıdır. “Qəbələ”nin oyunlarını izləmişdik. Düzdür, rəqibimiz son oyunlarda xallar itirib, bütün bunlara baxmayaraq, “Qəbələ”nin gücü göz önündədir. Futbolçularımız oyun ərzində verilən tapşırıqları yerinə yetirdilər və qələbə qazandıq. “Qəbələ” oyunboyu hücum etməyi sevir, biz isə ikinci hissədə cinahları işə saldıq. Bizim 30 nəfərdən ibarət futbolçu heyətimiz var, daima dəyişikliklər edirik. Odur ki, hələ yeni futbolçu barədə düşünmürük. Amma istənilən komandaya daha güclü oynaması üçün daha güclü oyunçular lazımdır”.

Xəbər xətti