Şahin Diniyev: "Vəziyyət o qədər də asan deyil"

00:09 - 17 Dekabr 2015

"Futbol ciddiliyi sevir, bu mənada kubok matçını ciddiyə almadıq"
 
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 17-ci turunda "Xəzər Lənkəran"la matç öncəsi fikirlərini bildirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o deyib ki, "Xəzər Lənkəran"a Azərbaycan kubokun 1/8 final mərhələsində uduzduqları oyundan fərqlənəcək bir matç olacaq:
 
"Futbol ciddiliyi sevir, bu mənada kubok matçını ciddiyə almadıq. Həm də ki, zədəli və yorğun futbolçularımız vardı. Əsas heyətin üç üzvünə istirahət vermişdik. Düzdür, fasilədən sonra heyəti gücləndirsək də, uduzduq. Bununla belə, uduzmamalıydıq. Kubokdan əlimizi üzdükdən sonra bütün gücümüzü çempionata yönəltmişik. Avropa Liqasına düşmək üçün çox çalışmalıyıq. Vəziyyət o qədər də asan deyil. Bütün oyunlar bizim üçün çətin keçir. Çalışacağıq ki, son iki turda uğurlu nəticə qazanaq. İlk növbədə Lənkəranda istəyimizə nail olmalıyıq”.

Xəbər xətti