"Qarabağ"dan buraxdığımız 2-ci qolda səhvə yol verdim"

00:33 - 17 Dekabr 2015

"Gücümüzə inanırdıq, hər matça qələbə üçün çıxırıq"
 
Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qarabağ” evdə “Sumqayıt”ı qəbul edib. 2:2
 
Matçdan sonra qonaqların qapıçısı Tərlan Əhmədli Sportal.az-a açıqlama verib: 
 
“Xalla qayıdacağımızı gözləyirdik. Komandamız yaxşı vəziyyətdədi. Gücümüzə inanırdıq, hər matça qələbə üçün çıxırıq. Çalışacağıq ki, qarşıdakı oyunlarda da belə davam edək. Bu gün buraxdığımız 2-ci qolda səhvə yol verdim. Top qabağımda yerə dəydi, çıxarda bilərdim. Topu da görürdüm, hər şey bir anda oldu”.

Xəbər xətti