Yunis Hüseynov: "Fərdi səhvdən qol buraxdıq"

16:39 - 17 Dekabr 2015

"Komandamın çıxışından razı deyiləm"

 

“Qalib gəlmək istəyirdik. Təəssüf ki, fərdi səhvdən qol buraxdıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Xəzər Lənləran"ın baş məşqçisi Yunis Hüseynov "Kəpəz"ə məğlub olduqları matçdan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

 

O, komandasındakı problemlərdən danışıb: “Kəpəz” layiq olduğu qələbəni qazandı, öz komandamın çıxışından razı deyiləm. Qış fasiləsinə qədər cəmi 1 oyunumuz qalıb. “İnter”lə oyuna qədər zədəli futbolçuların sıraya dönməsini təmin etməliyik ki, meydançaya 11 oyunçu buraxaq”.  

Xəbər xətti