Əsgər Abdullayev: "Küçə komandasının Premyer Liqada nə işi var?"

19:55 - 17 Dekabr 2015

"Vəziyyəti başqa dona salmaq lazım deyil"

 

“Həmişə futbolçulara demişəm ki, komandaları reytinqlərə bölmək lazım deyil. Əsas işimiz oyuna köklənmək olmalıdır. Amma görünür ki, biz hələ bunun üzərində işləməliyik".

 

Sportal.az xəbər verir ki, bu fikirləri AZAL-a 0 - 1 hesablı məğlubiyyətlə başa çatan məşqdən sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev deyib. 

 

Təcrübəli mütəxəssis futbolçularına əsəbi olduğunu bildirib: "AZAL komandasını qələbə münasibəti ilə təbrik edirəm. Bu komandanın öz  oyun üslübu var. Bu rəqibin ünvanına “küçə komandası” kimin dediyini bilmirəm. Küçə komandasının Premyer Liqada nə işi var?  Mənim Tərlan Əhmədovdan incikliyim yoxdur, ona əl uzatdım. Öz futbolçularıma qarşı əsəbi idim. Özümü çox pis hiss edirdim, dərman qəbul etməli idim. Vəziyyəti başqa dona salmaq lazım deyil".

Xəbər xətti