"Rahid, "Xəzər"i buraya gətir" sözləri üçün çox darıxacam"

00:18 - 18 Dekabr 2015

"Mən gedirəm və onlardan tək xahişim hər zaman komandanın yanında olsunlar"
 
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev klubdan ayrılması ilə bağlı "Facebook" sosial şəbəkəsində azarkeş qruplarından birinə açıqlama verib.
 
Sportal.az xəbər verir ki, Əmirquliyev klubdan ayrılmağın çox çətin olduğunu bildirib:
 
"Sonuncu dəfə "Xəzər Lənkəran" forması ilə, kapitanlıq sarğısı ilə o meydanda oldum. Ayrılmaq çox çətindir. Hər kəsə təşəkkür edirəm. Məni dəstəkləyən azarkeşlərimizə xüsusilə dərin təşəkkürümü bildirirəm. Çox çətindir bu haqda danışmaq. "Rahid, Xəzəri buraya gətir" sözləri üçün çox darıxacam. Azarkeşlərimiz hər zaman yanımızdadırlar. Mən gedirəm və onlardan tək xahişim hər zaman komandanın yanında olsunlar, gənclərə dəstək olsunlar. Onsuzda bilirəm ki, azarkeşlərimiz komandasını tək buraxmayacaq. Hər zaman ürəyimdə olacaq o azarkeşlər. Onlar bizim, mənim ən pis günlərimizdə yanımızda olublar. Onların qəlbimdə ayrı yeri var. Bir daha hər kəsə təşəkkürümü bildirirəm. Çox sağolun. Allah razı olsun. Görüşənədək!".

Xəbər xətti