Samuel Eto baş məşqçi oldu RƏSMİ

00:40 - 18 Dekabr 2015

Mövsümün sonuna kimi
 
"Antalyaspor" klubu yeni baş məşqçisinin adını açıqlayıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı kamerunlu hücumçu Samuel Eto çalışdıracaq. Mövsümün əvvəlində "Antalyaspor"a tranfer olunan Eto istefa verən Yusuf Şimşeki əvəz edəcək. Klub prezident Gültekin Gencer ilə görüşən futbolçu ilin sonuna qədər komandaya rəhbərlik edəcək. O, həm məşqçilik edəcək, həm də meydanda komandasına yardımçı olacaq.
 
Qeyd edək ki, Samuel Eto bu mövsüm Super Liqada "Antalyaspor"un heyətində 13 qol vurub.

Xəbər xətti