Hakimi təhqir edən "Kəpəz"in futbolçusuna sərt cəza

12:42 - 18 Dekabr 2015

XVII turun matçları üçün...

 

İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda əvəzedici həyətlərin XVII turunda keçirilmiş oyunlarla bağlı da bir sıra qərarlar qəbul olunub:

 

16 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XVII turunun “Neftçi” – AZAL matçının 75-ci dəqiqəsində “Neftçi” klubunun 42 №-li futbolçusu Elvin Sərkərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

 

16 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XVII turunun “Xəzər Lənkəran” – “Kəpəz” matçının 44-cü dəqiqəsində “Kəpəz” klubunun 2 №-li futbolçusu İsmayıl Aslanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.

Xəbər xətti