"İnter"in futbolçusunun əvəzinə
Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, “İnter”dən dəvət edilən Nadir Qasımov zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb. Əvəzində iki futbolçu – Kamran Nəcəfəliyev (“Lokomotiv” Taşkənd, Özbəkistan) və Asim Abdullazadə (FC92 Montrouge Paris, Fransa) toplanışa dəvət olunub.
saytlarin hazirlanmasi