"Xəzər Lənkəran" "İnter"lə matçöncəsi bu xəbərlə sevindi

01:00 - 19 Dekabr 2015

Gənc futbolçudan şad xəbər 
 
Premyer Liqanın 18-c turu çərçivəsində "İnter"lə qarşılaşacaq "Xəzər Lənkəran" zədəlisindən şad xəbər alıb.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, ötən tur "Kəpəz"lə matçda zədələnərək oyunu yarımçıq tərk edən Elşən Rzazadənin zədəsi ciddi olmayıb. Futbolçu bu gün komanda ilə məşq edəcək və "İnter"lə matça tam hazır olacaq.
 
Qeyd edək ki, "İnter" - "Xəzər Lənkəran" matçı dekabrın 20-i saat 16:30-da start götürəcək.

Xəbər xətti