Azərbaycanda yeni futbol klubu yaradıldı

13:53 - 19 Dekabr 2015

"Dinamo" adlanacaq
 
1930-cu ildən rayon statusu alan Yardımlıda bu günədək futbol klubu olmayıb.
 
Sportal.az xəbər verir ki, artıq bu boşluq doldurulub. Belə ki, rayonda ilk dəfə futbol klubu yaradılıb. Həvəskarlar liqasında rayonu təmsil edəcək klub "Dinamo" adlanacaq. Komandanın baş məşrçisi Fəryaz İbayevdi. Ona Nicat Əlişovla Nazim Tanrıverdiyev kömək edir.
 
Qeyd edək ki, klub Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun təşəbbüsü ilə yaradılıb.

Xəbər xətti