Şahin Diniyev: "Hamı "çemodan" əhval-ruhiyyəsindədir"

00:10 - 20 Dekabr 2015

"Yorğunluq var"
 
Azərbaycan Premyer Liqasının 18-ci turunda "Neftçi"ni qəbul edəcək "Kəpəz" klubun baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına oyunla bağlı fikirlərini bölüşüb:
 
Sportal.az həmin açıqlama ilə sizi tanış edir:
 
“Əvvəlcə onu deyim ki, Yevlaxda bizə yaradılan şəraitdən məmnunuq. Bərpa olunmaq üçün gözəl məkandır, sakitlik var. İlin son sınağına hazırlaşırıq. Qarşıdakı oyunun da çətin keçəcəyini söyləmək olar. Çünki “Neftçi” adı artıq rəqib haqda hər şeyi deyir, əlavə təqdimata ehtiyac yoxdur. Hər zaman iddialı olan köklü klubumuzdur. Çalışacağıq ki, uğurlu nəticə qazanaq. Çətin olsa da, bunu bacarmağa çalışacağıq. İlin son oyunudur, ona görə də hamı “çemodan” əhval-ruhiyyəsindədir. Uşaqlar məzuniyyətə buraxılacaqlar. Belə vaxtda toparlanmaq çətindir. Lakin mən inanıram ki, yaxşı oyun sərgiləyib evə gülərüzlə gedəcəyik. Yorğunluq var, bu da başa düşüləndir. Bir heyətlə oynayırıq, rotasiya etməyə gücümüz yoxdur”. 

Xəbər xətti