"Mən məşqçi olduğum müddətdə çalışdım ki, komandanı çətin vəziyyətdən çıxardım"
Premyer Liqanın 18-ci turunda "Neftçi" səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Sportal.az-ın oyunda iştirak edən əməkdaşının verdiyi məlumata görə, oyundan sonra "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev jurnalistlərin suallarını cavablandırıb:
"Meydançanın ot örtüyü normal oyun göstərməyə imkan vermədi, ona görə standard vəziyyətlərdən daha çox istifadə etməyə çalışırdıq, Gəncə komandası əzmkarlıq göstərdi. Hələlik komandada qalıb-qalmayacağım yaxın günlərdə məlum olacaq. Mən məşqçi olduğum müddətdə çalışdım ki, komandanı çətin vəziyyətdən çıxardım. Nə qədər bacardığıma isə, azarkeşlər qiymət versin. Əgər komandada qalsam, komadanı gücləndirmək bir neçə planlarım var. "Neftçi" hər zaman iddialı komanda olub, millətin komandasıdır. Əgər 2 və 3-cü yer bizim üçün faciə sayılırsa, birinci yer adi hal olmalıdır.
- "Kəpəz" bu oyunda iki xal tirdiyini bildirdi. Siz necə fikirləşirsiniz?
- Eyni sözləri bizə də aid etmək olar. Hər iki komandanın şansları oldu. Biz də iki xal itirdik.
- Komandada qalası olsanız, yeni qapıçı transfer etmək planlarınızda var?
- Aqilin oyunundan razıyam, millinin üzvüdür. Bundan artıq nə istəyə bilərəm. Elə oyunlar var ki, komandanı arxasınca aparıb.
- Erik Ramosun rəqib baş məşqçi Şahin Diniyevin üzərinə hücum çəkməsi ilə bağlı söhbət edəcəksiniz?
- Epizodu yaxından görmədim, maraqlanacam bu məsələylə. Şahin Diniyev hər zaman təmkinli olub, onu belə aqressiv görməmişdim. Bu hadisəni araşdıracam sonra qərarımı verəcəm.
saytlarin hazirlanmasi