"Kəpəz"in ev oyunlarında 120 min azarkeş

12:18 - 21 Dekabr 2015

Aşkar üstünlük

 

Premyer Liqada mövsümün ilk yarısının oyunlarını 246 min 476 tamaşaçı izləyib. 90 qarşılaşmada orta tamaşaçı sayı 2739-a bərabər olub.

 

Sportal.az xəbər verir ki, ümumi azarkeş sayının təxminən yarısı – 120 mini “Kəpəz”in ev oyunlarına təsadüf edib. Evdə 8 matç keçirən qərblilərin orta göstəricisi 15 minə bərabərdir.

 

Ümumiyyətlə, mövsümün ən çox azarkeş toplayan 8 matçının hamısı “Kəpəz”in meydanında baş tutub. V turun “Qarabağ”la oyununu 20 min, VII turun “Sumqayıt” və IX turun “Xəzər Lənkəran”la görüşlərini 18 min tamaşaçı seyr edib. Azarkeş sayında “Xəzər Lənkəran” 2-ci, “Neftçi” 3-cüdür. Son üç pillədə isə paytaxt təmsilçiləri AZAL, “Rəvan” və “İnter” qərarlaşıb. Mövsümün antirekordu V turun AZAL – “İnter” oyununda qeydə alınıb – 100 tamaşaçı.

Xəbər xətti