Cahangir Hacıyev ev dustaqlığına buraxılmadı

18:05 - 21 Dekabr 2015

Apelyasiya şikayəti təmin ediməyib

 

Bu gün Bakı Apelyasiya Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq sədri, “İnter” klubunun keçmiş sahibi Cahangir Hacıyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan verilmiş apelyasiya şikayətinə baxılıb.

 

Sportal.az xəbər verir ki, prosesə hakim hakim Camal Ramazanov sədrlik edib. Apelyasiya şikayəti təmin ediməyib. (virtualaz.org)

 

Xatırladaq ki, dekabrın 5-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə verilən apelyasiya şikayəti isə təmin edilməyib.

 

Cahangir Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.

Xəbər xətti