"Neftçi"nin xəstəxanalıq olan futbolçusunun son durumu məlum oldu

00:09 - 22 Dekabr 2015

Muradbəyli toplanışda iştirak edəcək
 
Premyer Liqamızın 18-ci turu çərçivəsində "Kəpəz"lə səfər oyununda zədələnən "Neftçi"nin futbolçusu Fəhmin Muradbəylinin zədəsi ciddi deyil.
 
Sportal.az xəbər verir ki, gənc hücumçu bu gün ətraflı həkim müayinəsindən keçib. Xədə gözlənildiyi qədər ciddi deyil. Amma onun ayağı minimum üç həftə gipsdə qalacaq. Muradbəyli ən yaxşı halda yanvar ayının ortalarında sıraya dönəcək. Fəhminin komandasının Türkiyədəki qış hazırlığında iştirakı mümkün olacaq.

Xəbər xətti