"Borussiya" Gündoğanı satmaqdan imtina etdi
"Borussiya" (Dortmund) klubunun futbolçusu İlkay Gündoğan "Yuventus"un maraq dairəsinə düşüb.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi qış transfer pəncərəsi dönəmində türk əsilli alman futbolçunun keçidini həll etmək istəyir. Artıq bunun üçün Almaniya klubuna rəsmi təklif də göndərilib. Lakin Dortmund təmsilçisi 25 yaşlı futbolçunu satmaqdan imtina edib.
Qeyd edək ki, Gündoğan 2011-ci ildən "Borussiya"nın şərəfini qoruyur.
saytlarin hazirlanmasi