"Trabzonspor"a yeni baş məşqçi gətirilir

12:42 - 22 Dekabr 2015

Yanal gəlir

 

Türkiyə Super Liqasında mübarizə aparan "Trabzonspor"da yeni baş məşqçinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, "Trabzonspor" Şota Arveladzenin gedişindən sonra baş məşqçi postuna gətirilən Sadi Təkəlioğlu ilə də yollarını davam etdirmək niyyətində deyil. Belə ki, Trabzon təmsilçisinin yeni prezidenti Muharrem Usta öz açıqlamasında Ersun Yanalla ilkin razılıq əldə etdiklərini bildirib. Onunla yanvar ayında rəsmi müqavilə imzalanacağı gözlənilir.

 

Qeyd edək ki, Ersun Yanal 2007-2009 və 2014-2015 mövsümlərində də "Trabzonspor"un baş məşqçisi olub.

Xəbər xətti