Futzalçılarımız Serbiya və Sloveniya ilə qarşılaşmaq istəmir

13:58 - 22 Dekabr 2015

"Qrup birincisi olduğumuza görə pley-offda bir addım öndəyik"

 

Futzal yığmamız DÇ-nin seçmə mərhələsində uğurlu çıxışla yadda qaldı. İsveç (8:2) və Belaru-su (7:2) böyük hesabla üstələyən Tino Peresin komandası son oyunda meydan sahibi Xorvatiya ilə heç-heçə (4:4) edərək, qrupu birinci yerdə başa vurdu.

 

Sportal.az xəbər verir ki, komanda martda keçiriləcək pley-off matçlarında da uğuru davam etdirə bilsə, mundialın Kolumbiyada keçiriləcək final mər-hələsinə vəsiqə qazanacaq.

 

Artıq vətənə dönən futzalçılarla əlaqə saxlayıb, Xorvatiyadakı mübarizə və pley-offla bağlı gözləntilər haqda söhbətləşdik. İlk olaraq Vitali Borisovla danışdıq: "Seçmə mərhələ bi-zim üçün yaxşı keçdi. Nəticədə pley-offa vəsiqə qazandıq. Heç bir oyunda hesabda geri düşmə-dik. İlk matçda Belarus Xorvatiyanı udmuşdu. Ancaq bilirdik ki, meydan sahibləri daha güc-lüdü. Həmçinin son görüşdə xorvatlar doğma azarkeşləri önündə oynayırdı. Bu matç onlar üçün son şans idi. Bütün güclərini ortaya qoydular. Biz düşünürdük ki, 90 faiz Belarus İsveçi udacaq. Belədə 4 top fərqiylə uduzacağımız halda belə, qrupu 2-ci pillədə bitirəcəkdik. Ancaq gözlənilmədən həmin görüş he-heçə yekunlaşdı. Artıq xorvatları ya udmalı, ya da heç-heçə etməliydik. Qarşıya qoyulan hədəfin öhdəsindən gəldik. O ki qaldı final mərhələsinə gedən yoldakı rəqiblərə, çoxu eyni səviyyəli komandadı. Sloveniya və Serbiya ilə qarşılaşmışıq. Bu rəqiblərlə oyunlarımız həmişə çətin alınıb. Udmuşuq da, uduzmuşuq da. Bu iki komanda düşməsə, lap yaxşı olar. Belə deyim, qrup birincisi olduğumuza görə pley-offda bir addım öndəyik. Həmin mübarizədən öncə AÇ-nin final mərhələsində çıxış edəcəyik. Güclü koman-dalara qarşı oynayacağıq. Təcrübə baxımından həmin oyunlar bizə pley-offda kömək edəcək. DÇ-nin seçmə mərhələsini uğurla başa vurmağımız AÇ-dəki oyunlarımızda da stimul rolunu oynayacaq. Xorvatiyadakı matçlar uşaqlara böyük təcrübə qazandırdı".

 

Komandanın kapitanı Rizvan Fərzəliyevi dinləyək: "İlk görüşdə rahat qələbə qazandıq. Bu ko-mandada əhval-ruhiyyəni yüksəltdi. Təbii, digər oyunda Xorvatiyanın Belarusa uduzması göz-lənilməz idi. Belarusla dueldə ilk dəqiqələrdən üstünlüyə yiyələnib, qələbə qazandıq. Əslində son matça kimi qrupu lider kimi başa vuracağımıza, demək olar, şübhə yox idi. Ancaq Belaru-sun İsveçlə heç-heçə etməsi daha bir sürpriz idi. Belədə Xorvatiya ilə görüşün əhəmiyyəti birəbeş artdı. Belarusun qələbə qazanacağına arxayın idik. Odu ki, qrupu ilk pillədə başa vu-racağımıza şübhə etmirdik. Lakin İsveçin sürprizə imza atması Xorvatiyanı ümidləndirdi. Bununla belə, heç-heçə edib pley-offa ilk pillənin sahibi kimi vəsiqə qazandıq. Düzdü, pley-offda qrup ikincilərindən biri ilə qarşılaşacağıq. Rəqib kim olur-olsun, Kolumbiyaya yol-lanmaq üçün əlimizdən gələni edəcəyik".

 

Çıxışı ilə diqqət çəkən gənc qapıçı Rövşən Hüseynlinin də düşüncələrini öyrəndik: "Hələ burdan gedəndə qarşımıza qrupda birinci yeri tutmaq məqsədi qoyulmuşdu. Buna uyğun da hazır-lıq keçmişdik. Həmişə deyirlər ki, ilk oyun çətin olur. Lakin ilk görüş yaxşı keçdi. İkin-ci matçın əvvəllərində bir qədər çətinlik çəkdik. Ancaq 3 top vurduqdan sonra hər şey qaydası-na düşdü. Ən ağır oyunumuz isə xorvatlara qarşı oldu. Həm yerli azarkeşlərin dəstəyi, həm də bu komanda ilə aradakı prinsipial məqam oyuna marağı artırırdı. Rəqibə ancaq qələbə sərf edirdi. Belarusun İsveçlə heç-heçə etməsi müəyyən qədər işimizi çətinləşdirdi. Sona kimi döyüşdük və lazım olan nəticəni qazandıq... Açığı, 3-4 ay öncə Rövşən Hüseynlini heç kim ta-nımırdı. Bundan öncə Slovakiya ilə oyunlar zamanı da meydana çıxmışdım. Xorvatiyadakı matçlardan öncə dua edirdim ki, oyunum yaxşı alınsın. Qarşıma məqsəd qoymuşdum ki, yığma-nın qapısını azərbaycanlı qorusun. Məşqçilər heyəti də mənə şans verdi. Gecə-gündüz çalı-şırdım ki, etimadı doğruldum. Oyundan-oyuna təcrübəmi artırıram. Ptonesial rəqiblərə gə-lincə, hər bir komanda qarşısına qələbə məqsədi qoyub. Slovakiyanı tanıyırıq, Serbiyanın da gücü qabardılır. Çalışacağıq ki, rəqibin kimliyindən asılı olmayaraq, DÇ-nin final mərhə-ləsinə vəsiqə qazanaq. Təbii, Xorvatiyadakı nəticə komandada əhval-ruhiyyəni yüksəldib. Fut-zalçılarda inam var".

 

Sergey Çuykov isə Rusiya mətbuatına danışıb: "Azərbaycan yığmasının məşqçisi dəyişib. Ti-no Peres mənim Rusiya çempionatındakı oyunumu xatırlayıb və buna görə dəvət göndərib. Əs-lində daha öncə də məni milliyə dəvət etmək istəyiblər. Ancaq sabiq klubum bu haqda mənə heç nə bildirməyib. Elə düşünülüb ki, yığmada oynamaqdan imtina etmişəm... Qrupda bərabər sə-viyyəli komandalar yer almışdı. Maraqlı mübarizə getdi. Pley-offa çıxmağa 3 yığma nami-zəd idi. İlk iki yeri Azərbaycanla Xorvatiyanın tutacağı gözlənilirdi. Ancaq ilk oyun günün-də Belarus meydan sahiblərini məğlub edə bildi. İsveçi ilk baxışdan autsayder saymaq olar-dı. Lakin onların texnikalı futzalçıları var idi. Hər halda, isveçlilər son turda Belarusla heç-heçə edə bildilər. Bir çox səbəbə görə Belarusla yaxşı oynadıq. Biz daha güclü idik, rə-qib ilk oyunda daha çox güc itirmişdi. Hesabı açdıq və qalan vaxtda ələ düşən imkanlardan maksimum yararlandıq. Son turda Belarus İsveçi udsaydı, biz hətta 3 top fərqiylə uduzsaq belə, qrupu ilk pillədə bitirəcəkdik. Həmin görüş heç-heçə yekunlaşdığından ilk yerin sahibi Azərbaycan - Xorvatiya oyununda bəlli oldu. Meydan sahibləri texnikalı olsa da, ləng idi. Bi-zə heç-heçə sərf edirdi. Oyunboyu hesabda öndə idik, lazımi nəticəni əldə etdik və pley-offa vəsiqə qazandıq. Hakimin meydan sahiblərinə rəğbətini gözləyirdik, ancaq hər şey əla oldu. Pley-offda Serbiya və Sloveniya ilə qarşılaşmaq istəməzdik".

 

"Futbol+"

Xəbər xətti