İclas keçiriləcək
AFFA Klublar Komitəsinin (KK) 2015-ci ildə son iclasının vaxtı və yeri açıqlanıb.
Sportal.az xəbər verir ki, toplantı dekabrın 24-də "Boulevard Hotel Baku” otelində keçiriləcək. Saat 11:00-da başlayacaq iclasın gündəliyindəki əsas məsələ KK-ya yeni sədr seçkisi olacaq.
Qeyd edək ki, hazırda komitəyə "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov rəhbərlik edir.