Milan Rastavaça təklif göndərilib
"Neftçi" futbol klubunun rəhbərliyi yeni baş məşqçi axtarışlarını Serbiyada aparır.
Sportal.az "Report"a istinadən xəbər verir ki, Serbiyanın "Radniçki" komandasında çalışan Milan Rastavaç paytaxt təmsilçisində çalışa bilər.
Artıq flaqman rəhbərliyinin serbiyalı mütəxəssisə telefon açaraq danışıqlar apardığı bildirilir. 42 yaşlı baş məşqçiyə cəlbedici təklif göndərilib. M.Rastavaçın tezliklə qərar verəcəyi gözlənilir. Çünki "Radniçki" qış təlim-məşq toplanışını İspaniyada keçəcək və komandanın kimin rəhbərliyi altında səfərə yollanacağı məlum deyil.
Qeyd edək ki, Milan Rastavaç "Radniçki"dən başqa 23 yaşadək futbolçulardan ibarət Serbiya yığmasının da baş məşqçisidir.
saytlarin hazirlanmasi