"Qalatasaray" müdafiəçisini itirdi

19:24 - 23 Dekabr 2015

Semih Kaya zədələnib

 

"Qalatasaray" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Türkiyə kubokunun qrup mərhələsinin ikinci turunda səfərdə "Kastamonuspor"la qarşılaşan İstanbul nəhəngi aparıcı futbolçularından olan Semih Kayanı itirib.  Matçın 28-ci dəqiqəsində zədələnən müdafiəçi oyunu davam etdirə bilməyib. Onun hansı müddətə sıradan çıxdığı hələ məlum deyil.

 

Qeyd edək ki, oyun "Qalatasaray"ın 2:1 hesabı ilə qələbəsi ilə başa çatıb.

Xəbər xətti