Türkiyə Super Liqasında baş məşqçi dəyişikliyi

17:31 - 24 Dekabr 2015

"Gənclərbirliyi"nin yeni baş məşqçisi məlum oldu
 
Türkiyə Super Liqasında mübarizə aparan "Gənclərbirliyi" komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, komandaya 62 yaşlı mütəxəssis Yılmaz Vural yeni baş məşqçi təyin edilib. O, bu vəzifəyə 2 gün öncə qovulan Fuad Çapanı əvəzləyib.
 
Xatırladaq ki, "Gənclərbirliyi" Super Liqada 16 turdan sonra 13 xal toplayıb və 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti