"Kəpəz"in futbolçusu: "Məncə, iki xal itirən tərəf biz olduq"

15:14 - 26 Dekabr 2015

"Fanatların sayəsində bu yerə gəlmişik"

 

“Azarkeşlərin bizim nəticəmizdə böyük rolu var. “Kəpəz”dən öncə “Neftçi” və “Qarabağ”da oynamışam. Bura gələndə artıq bilirdim ki, Gəncə klubunun böyük azarkeş kütləsi, dəstəyi var”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Tərlan Quliyev deyib. 


Şərəfini qoruduğu klubunun rəsmi saytına danışan müdafiəçi “sarı-göylər”in azarkeş ordusu haqda xoş sözlər söyləyib: “Fanatlarımız dayanmadan komandanı uğura səsləyirlər. Bütün ev oyunlarımızda kifayət qədər azarkeş olur. Bu, bizi sevindirir, oyunlara daha məsuliyyətlə yanaşmağa sövq edir. Azarkeşlər olmasa, bizim oynamağımızın önəmi olmaz. Futbolsevərlərimizə minnətdarıq, fanatların sayəsində bu yerə gəlmişik”.   


Quliyev Az'rbaycan Premyer Liqasının cari mövsümünün ilk yarısının son oyununa da toxunub. O, “Neftçi” yə qarşı matçı dəyərləndirib: “Sonuncu oyunun gərgin keçəcəyi əvvəlcədən məlum idi. “Neftçi” adı ortadadır.  Çempionatın ilk oyunu ajiotajlı olduğu kimi ilk yarının son matçı da eyni xarakterli idi. Görüşün əhəmiyyətini başa düşüb, hazırlaşmışdıq. 90 dəqiqə bizim üçün yaxşı da başladı, hesabda irəli keçdik. Hətta ikinci və üçüncü qolu da vura bilərdik. Məncə, iki xal itirən tərəf biz olduq”.

Xəbər xətti