Superliqada çıxış edə bilər
İcarə əsasında "Çelsi"də çıxış edən, müqavilə ilə isə "Monako"ya məxsus Radamel Falkao karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, kolumbiyalı futbolçu ilə "Fənərbaxça" yaxından maraqlanır. Artıq danışıqların start götürdüyü bildirilir.
Qeyd edək ki, "Çelsi"də əsas heyətə düşə bilməyən Falkaonun Robin van Persi və Nani kimi ulduzların çıxış etdiyi komandaya gedəcəyi gözlənilir.
saytlarin hazirlanmasi