Azərbaycan çempionatına yekun vuruldu

16:33 - 27 Dekabr 2015

96 güləşçi mübarizə aparıb

 

Bakı idman sarayında güləş üzrə böyüklər arasında Azərbaycan çempionatı başa çatıb.

 

Sportal.az xəbər verir ki, yarışın son günündə 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində yunan-roma güləşi üzrə 96 güləşçi mübarizə aparıb.

 

75 kq-da Rüstəm Əliyev, 80 kq-da Emin Əhmədov, 85 kq çəkidə Rafiq Hüseynov, 98 kq-da Türmən Eyyubov və 130 kq çəki dərəcəsində Oyan Nəzəriani bütün rəqiblərindən üstün olub və Azərbaycan çempionu adını qazanıb.

 

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, medal və pul mükafatı ilə təltif olunub. Həmin güləşçilər yığmanın heyətinə cəlb edilir və tam dəst idman geyimi ilə təmin olunur.

Xəbər xətti