Bolqarıstan klubu Azərbaycandan rəqib axtarır

13:24 - 28 Dekabr 2015

Yoxlama matçı keçirəcək

 

Bolqarıstanın "Slaviya" klubu Azərbaycan klublarından biri ilə yoxlama oyunu keçirmək istəyir.

 

Sportal.az xəbər verir ki, komanda  yanvarın 21-də Türkiyəyə yollanacaq və fevralın 14-nə kimi orada qalacaq. Bolqarlar bu müddət ərzində bir neçə yoxlama oyunu keçirmək istəyindədirlər. Həmin görüşlərdən biri də Azərbaycan təmsilçisinə qarşı olacaq.

 

Qeyd edək ki, "Slaviya"nın hansı klubumuzla qarşılaşacağı hələlik tam dəqiqləşməyib.

Xəbər xətti