"Xəzər Lənkəran" FİFA-nın xəbərdarlığından çıxış yolunu tapdı

00:09 - 29 Dekabr 2015

3 dəfəyə ödəyəcək
 
Dünən "Xəzər Lənkəran"da baş məşqçi Yunis Hüseynovun da iştirakı ilə klubdaxili iclas baş tutub.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, iclasda klubun gələcəkdəki durumu və FİFA-nın cənub təmsilçisinə etdiyi xəbərdarlıq müzakirə edilib. FİFA-nın xəbərdarlığı isə ondan ibarətdir ki, əgər cənub təmsilçisi 2016-cı ilin yanvarın 31-nə qədər sabiq futbolçuları İvan Qalinov, Eden Bonfim və Renato Keyruşaya olan borcunu ödəməsə, klub çıxışını I Divizionda davam etdirəcək. Artıq klub rəhbərliyi adı çəkilən futbolçularla razılığa gələrək borclarını hissə-hissə ödəyəcək.
 
Qışda isə komandaya bir neçə orta səviyyəli legionerlərin də transfer ediləcəyi qərara alınıb.

Xəbər xətti