Bakıda başlayacaq
Azərbaycan Premyer Liqasında qış fasiləsinə 3-cü yerdə çıxan “Zirə”nin hazrlıq planı məlum olub.
Sportal.az xəbər verir ki, komanda yanvar ayının 5-də Bakıda bir araya gələcək. 4 gün Zirə İdman Kompleksində gündə bir dəfə olmaqla məşq edəcək komanda təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. Qardaş ölkədəki hazılıq mərhələsinin ilk həftəsində komanda fiziki hazırlıq üzərində çalışacaq.
Növbəti həftədə isə baş məşqçi Adil Şükürov ümumi texniki-taktiki hazırlığa üstünlük verəcək və komanda yoxlama oyunlarında qüvvəsini sınayacaq. Antalyada “Zirə” 3 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 16, 19 və 22 yanvarda baş tutacaq. Rəqiblərin adı isə yaxın günlərdə məlum olacaq.
saytlarin hazirlanmasi