"Tvitter"də status yazdı, "Barselona"dan qovuldu

01:23 - 30 Dekabr 2015

Komandadan uzaqlaşdırıldı
 
"Barselona" ilə bağlı maraqlı hadisə gündəmə gəlib.
 
Sportal.az xəbər verir ki, söhbət sözügedən klubun ikinci komandasından ("Barselona B") gedir. Kataloniya təmsilçisi futbolçusu Sergi Qvardiolanı "Tvitter" sosial şəbəkəsindəki yazıları səbəbindən qovub. Belə ki, 24 yaşlı yarımmüdafiəçi həmin paylaşımlarında Kataloniya və Barselonanı təhqir edən ifadələr işlədib. Digər maraqlı məqam budur ki, həmin sözlər 2 il öncə yazılıb. Lakin bu məsələ meydana çıxandan sonra kluba qarşı təzyiqlər başlayıb. Bu səbəbdən də klub dünən heyətinə qatdığı futbolçunu bu gün qovmalı olub. İspaniyalı oyunçu ilə müqavilə birtərəfli şəkildə ləğv olunub.
 

Xəbər xətti