Kamran Quliyev də bu keçidə razıdır
Daha öncə xəbər verdiyimiz kimi, Türkiyə Superliqasında mübarizə aparan "Mersin İdman Yurdu” "Qarabağ”ın futbolçusu Qara Qarayev və "Sumqayıt”ın futbolçusu Tural Rzayevin xidmətində maraqlıdır.
Sportal.az xəbər verir ki, artıq Türkiyə klubu futbolçuların 1-i üçün rəsmi təklif göndərib. Belə ki, Mersin təmsilçisi "Sumqayıt”ın futbolçusu Tural Rzayevə təklifini göndərib. "Sumqayıt”ın prezidenti Kamran Quliyev keçidin reallaşmasına razıdır. Belə olan halda keçidin yaxın günlərdə reallaşacağı gözlənilir.
Qeyd edək ki, Tural Rzayevin "Sumqayıt”a keçidi baş tutsa 20 yaşlı futbolçu, Türkiyə Superliqasında çıxış edən ilk gənc futbolçu olacaq.
saytlarin hazirlanmasi