Hakan Çalhanoğlu digərlərini qabaqladı
Avropa ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi "twitter” səhifəsində sorğu keçirilib. Səsvermənin qalibi Almaniyanın "Bayer” klubunun futbolçusu Hakan Çalhanoğlu I yerə sahib çıxıb. O, səslərin 58%-ni toplayıb. Sorğuda 54 min 502 şəxs iştirak edib.
Qeyd edək ki, Çalhanoğlu cari ildə karyerasının ən yaxşı dövrünü keçirir. O, bu mövsüm meydanda olduğu 27 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi