Neymar ən yaxşı seçildi

15:50 - 1 Yanvar 2016

O, 37 faizdən çox səs toplayıb
 
Braziliyanın Avropada oynayan ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, "Samba d`Or” mükafatına ardıcıl  ikinci dəfə "Barselona”da çıxış edən Neymar layiq görülüb. Səsvermədə 100 mindən çox azarkeş, jurnalistlər və Braziliya milli komandasnın futbolçuları iştirak edib.
 
Neymar səslərin 37.87 faizini toplayıb.  "Bavariya”nın futbolçusu Duqlas Kosta 13 faiz səslə ikinci, "Qalatasaray”ın sabiq  futbolçusu, hazırda Milan "İnter”ində forma geyinən  Felipe Melo isə 9.39 faiz səs toplamaqla üçüncü olub. 

Xəbər xətti