Azərbaycanda lisenziya alan məşqçi Superliqa klubunda

00:37 - 2 Yanvar 2016

"Gənclərbirliyi"nin yeni baş məşqçisi məlum oldu
 
Türkiyə Superliqasında mübarizə aparan "Gənclərbirliyi”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, Ankara təmsilçisi İbrahim Üzülməzə tapşırılıb.  Bu barədə məlumatı klub prezidenti İlhan Cavcav yerli mətbuata açıqlamasında bildirib.  O, məşqçiliyə yeni başlayan və ilk işi "Elazığspor” klubu olan və bir neçə həftə öncə Elazığ təmsilçisindən ayrlan Üzülməzlə anlaşdıqlarını bildirib. 
 
Qeyd edək ki, Üzülməz 2011-ci ildə futbolçu karyerasını bitirib.  O, karyerasını bitirdikdən sonra Azərbaycanda UEFA-nın təşkil etdiyi məşqçi kurslarına qatılıb və məşqçi kimi çalışmaq üçün lisenziya almağı bacarmışdı.

Xəbər xətti