Millimizin İtaliya ilə matçının vaxtı müəyyənləşdi

16:15 - 2 Yanvar 2016

Fevralın 3-də keçiriləcək

 

Serbiyanın paytaxtı Belqradda keçiriləcək futzal üzrə AÇ-2016-nın final mərhələsinin təqvimi məlum olub.

 

Sportal.az xəbər verir ki, millimizin oyunlarının başlama saatları müəyyənləşib. Azərbaycan yığması AÇ-dəki ilk görüşünü İtaliyaya qarşı keçirəcək. Bu oyun fevralın 3-də keçiriləcək və yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq. Fevralın 5-də keçiriləcək Azərbaycan - Çexiya matçı da eyni saatda başlayacaq.

 

Qitə birinciliyi fevralın 13-də yekunlaşacaq.

 

Millimizin yer aldığı D qrupunun oyunlarının təqvimi:

 

3 fevral
21:00. İtaliya - Azərbaycan

 

5 fevral
21:00. Azərbaycan - Çexiya

 

7 fevral
21:00. Çexiya - İtaliya

Xəbər xətti