Qurban Qurbanov 497-ci pillədə

20:23 - 2 Yanvar 2016

Qriqorçuk 606-cı

 

Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Сoachworldranking.com 2015-ci ilin yekunlarına görə ən yaxşı məşqçilərin reytinqini açıqlayıb. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1238 xalla siyahıda 497-ci yerdə qərarlaşıb. “Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk isə 937 xalla 606-cı pillədə yer alıb.

 

Reytinq siyahısına 18896 xal toplayan “Barselona”nın baş məşqçisi Luis Enrike başçılıq edir. İkinci yerdə "Sevilya"nın çalışdırıcısı Unay Emeri, üçüncü sırada isə "Bavariya"nın ispan baş məşqçisi Xosep Qvardiola qərarlaşıb.

Xəbər xətti