Millimiz Rusiyada ilk məşqinə çıxdı

00:02 - 3 Yanvar 2016

Sabah ilk oyununa çıxacaq
 
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII beynəlxalq turnirdə iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün turnirin təşkil olunacağı Sankt-Peterburq şəhərinə gəlib.
 
Sportal.az xəbər verir ki, yığmamız “Zenit” İdman Oyunları Sarayında ilk məşqinə çıxıb.
 
Xatırladaq ki, futbolçularımız turnir çərçivəsində ilk oyununu yanvarın 4-də, Bakı vaxtı ilə saat 15:15-də, “Peterburqski” İdman-Konsert Kompleksində Latviyanın U-19 komandasına qarşı keçirəcək.

Xəbər xətti