İtkin düşən futbolçu ölü tapıldı

02:00 - 3 Yanvar 2016

34 yaşlı müdafiəçinin cəsədi Ren gölü ətrafında aşkarlanıb
 
Fil Dişi Sahili milli komandasının sabiq üzvü Stiv Qohouri dünyasını dəyişib.
 
Sportal.az xəbər verir ki,  bir neçə gündür itkin düşən 34 yaşlı müdafiəçinin cəsədi Almaniyada Ren gölü ətrafında tapılıb. Futbolçunun ölümü barədə ətraflı məlumat verilməyib.
 
Qeyd edək ki, Qohourinin son klubu Almaniya III Bundesliqasında mübarizə aparan "Steynbax" olub.  O, karyerası ərzində "Bolonya”, "Yanq Boyz”, "Borussiya” (Münhenqladbax), "Vest Hem” kimi məşhur klublarda forma geyinib.

Xəbər xətti