Mourinyonun köməkçisi "Antalyaspor"da

00:58 - 4 Yanvar 2016

İkinci gün rəsmi müqavilə imzalana bilər
 
Türkiyə Superliqasında mübarizə aparan "Antalyaspor” klubunun yeni  baş məşqçisinin adına aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hasan Ali Ceylan Türkiyə mətbuatına açıqlamasında məlumat verib. O, Joze Mourinyonun köməkçisi Manuel Pereyra de Moraislə  anlaşdıqlarını bildirib.
 
Ceylan  Moraisin sabah axşam Antalyaya gələcəyini və müqavilənin detalları barədə danışıqlar olacaqllarını bildirib. Əgər tərəflər arasında razılıq əldə olunsa Moraislə həftənin ikinci günü rəsmi müqavilə imzalanacağını açıqlayıb.

Xəbər xətti