Millimizin rəqibləri turnirdə ilk oyunlarına çıxdılar

01:44 - 4 Yanvar 2016

Slovakiya darmadağınla sevindi
 
Sankt-Peterburqda FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci beynəlxalq turnirə start verilib.
 
Sportal.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının da qatıldığı turnirin ilk oyun günündə dörd görüş baş tutub.
 
A qrupu
Slovakiya - Yaponiya - 3:0
Belarus - Litva - 4:1
 
B qrupu
Estoniya - Moldova - 2:2
Qazaxıstan - Rusiya - 0:5
 
Qeyd edək ki, Azərbaycan yığması turnirdəki ilk matçını bu gün Latviyaya qarşı keçirəcək. Millimizin qrupundakı digər oyunda isə Bolqarıstanla Sloveniya üz-üzə gələcək.

Xəbər xətti