Kamran Ağayevin keçmiş komandası ulduz futbolçusunu göndərdi

14:08 - 4 Yanvar 2016

Necati Ateşlə yollarını ayırıb

 

Türkiyə PTT 1-ci liqasında mübarizə aparan "Karşıyaka" klubunda gözlənilməz ayrılıq baş verib.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İzmir təmsilçisi təcrübəli hücumçu Necati Ateşlə yollarını ayırıb. 36 yaşlı forvard ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

 

Qeyd edək ki, milli komandamızın üzvü Kamran Ağayev də ötən ay "Karşıyaka"dan ayrılmışdı.

Xəbər xətti